Tanışını bıçaqlamaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır


  • 26 Sentyabr 2023 18:20

Qubada tanışını bıçaqlamaqda təqsirləndirilən Elman Muradovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Hafiz Əliyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, hadisə Quba şəhəri ərazisində qeydə alınıb. Elman Muradov münaqişə zəminində tanışı Seyfəddin Ağayevə bıçaq xəsarətləri yetirib. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər