Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq dekabrın 20-də Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev Göyçay rayonunda vətəndaşları qəbul edəcək.
Ali Məhkəmənin mətbuat xidmətindən e-huquq.az-a bildiriblər ki, qəbulda vətəndaşların məhkəmələrin fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.
Vətəndaşların qəbulu Göyçay Rayon Məhkəməsinin inzibati binasında (ünvan: Göyçay şəhəri, Nəriman Nərimanov küç., 56) saat 10:30 başlanacaq.
Vətəndaşlar qəbula Ali Məhkəmədə, Göyçay Rayon Məhkəməsində, habelə (012) 489-07-07 (daxili nömrə: 18108), 050 245-54-20 əlaqə nömrələri və [email protected] elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.
