- 18:09
Göyçayda narkotik tərkibli bitkilər əkib-becərməkdə təqsirləndirilən Müşviq Mahmudovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilib.
Hakim Elçin Qurbanovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası oktyabrın 10-a təyin olunub.
Qeyd edək ki, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı saxlanılan rayon sakini Müşviq Mahmudovun evinin həyətyanı sahəsindən çəkisi 3 kiloqramdan artıq çətənə bitkiləri aşkarlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə