Bakıda piyadanın ölümündə təqsirləndirilən sürücü hakim qarşısına çıxarılır


  • 28 Sentyabr 18:19

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Vüsal Piriyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanan materiallar baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

İş hakim Zamiq Bağırovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası oktyabrın 10-da keçiriləcək.

Qeyd edək ki, hadisə Binəqədi rayonu Biləcəri qəsəbəsində qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü Piriyev Vüsal İsa oğlu idarə etdiyi avtomobillə piyada - 1968-ci il təvəllüdlü Fərzəliyev Kərəm Əhməd oğlunu vurub. Piyada aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər