- 29 Noyabr 17:59
"Oba Market" MMC-yə cərimə protokolu yazılıb.
E-huquq.az xəbər verir ki, şirkət barəsidə İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci (mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılması) maddəsi ilə inzibati protokol tərtib olunub.
İşə Quba Rayon Məhkəməsində hakim Rahim Həsənovun sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunsa, "Oba Market" dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilə bilər.
Məhkəmənin hazırlıq iclasının vaxt hələlik məlum deyil.
Şəbnəm Mehdizadə