- 20 İyun 21:54
Bakıda atasını qətlə yetirməkdə təqsirləndirilən Azər Abbasovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Leyla Əsgərova Məmmədovanın icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən birində baş verib. 1990-cı il təvəllüdlü Azər Abbasov aralarında yaranmış mübahisə zamanı atası Ehtibar Abbasovu kəsici-deşici alətlə qətlə yetirib. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə