Bakıda tanışına bıçaqla xəsarət yetirməkdə təqsirləndirilən Əlişir Vələdovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə Pirallahı rayonunda qeydə alınıb. Belə ki, 65 yaşlı Əlişir Vələdov münaqişə zəminində həmyerlisi 28 yaşlı Murad Nurəliyevi bıçaqlayıb. Sinəsindən yaralanan M.Nurəliyev xəstəxanaya yerləşdirilib. Ə.Vələdova qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
