Məzmuna keç

Ölümlə nəticələnən yol qəzası törədən sürücü hakim qarşısına çıxarılır

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Rasim Qasımovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

Hakim Fərid Əmirəliyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası oktyabrın 12-nə təyin olunub.

Qeyd edək ki, hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb. Belə ki, 1993-cü il təvəllüdlü R.Qasımov idarə etdiyi "Toyota Prius" markalı avtomobillə hərəkətdə olan zaman yolu keçən piyadalar – N.Bayramov və Ə.Hüseynlini vurub. Nəticədə Ə.Hüseynli az ağır bədən xəsarəti alıb, N.Bayramov isə iki həftə sonra müalicə aldığı xəstəxanada ölüb. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə