"Kolin İnşaat Turizm Sanayi ve Ticaret A.Ş and İntegra Construction KZ LLP Joint Venture" şirkətinə cərimə yazılıb.
E-huquq.az-ın məlumatına görə, şirkət barədə müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 354.0.6-cı (dəmiryol keçidlərinin, bəndlərin, şlüzlərin, nohurların, digər meliorasiya və hidrotexniki qurğuların tikintisinə, yenidən qurulmasına, təmirinə və ləğvinə, çayların və kanalların yatağının dərinləşdirilməsi) maddəsi ilə nzibati protokol tərtib olunub və baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilib.
İşə hakim Sərxan Səmədzadənin sədrliyi ilə baxılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Protokol təsdiq olunsa, şirkət üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilə bilər.
Şəbnəm Mehdizadə
