Məzmuna keç

“Star Avto Servis” cərimələnə bilər

Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsinə görə "Star Avto Servis" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az-ın məlumatına görə, şirkət barədə müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 518.1-ci (Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsi) maddəsi ilə inzibati protokol rətib olunub.

Protokol baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. İş hakim Elçin Ağayevin icraatına verilib.

Protokol təsdiq olunsa, "Star Avto Servis" üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə