Sumqayıtda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Balafər Muradovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Fəhmin Hümbətovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası oktyabrın 12-də keçiriləcək.
Qeyd edək ki, 1993-cü il təvəllüdlü Balafər Muradov aralarında yaranmış mübahisə zamanı arvadı 1987-ci il təvəllüdlü Leyla Muradovanı bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməkdə təqsirləndirilir. O, polisə gələrək təslim olub. B.Muradova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
