Məzmuna keç

Həyətində narkotik tərkibli bitkilər yetişdirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

İmişlidə narkotik tərkibli bitkilər yetişdirməkdə təqsirləndirilən Budaq Qəmbərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanan materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Cavid Səfərlinin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Oruclu kənd sakini Budaq Qəmbərovun fərdi yaşayış evinin həyətyanı sahəsinə keçirilən baxış zamanı böyürtkən kollarının arasında kultivasiya yolu ilə yetişdirilmiş 138 ədəd çətənə bitkisi aşkar olunaraq maddi sübut kimi götürülüb. Ona qarşı Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə