"Chinar İnshaat" MMC-yə cərimə protokolu yazılıb.
E-huquq.az-ın məlumatına görə, şirkət barədə müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 528.1-ci (İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.
Protokol baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilib. İş hakim İbrahim Fəttahovun sədrliyi ilə araşdırılacaq.
Protokol təsdiq olunsa, "Chinar İnshaat" üç min manatdan beş min manatadək məbləğdə cərimə edilə bilər.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, "Qardaşlar Mebel" QSC iş üzrə zərərçəkmiş şəxs qismində tanınıb.
Şəbnəm Mehdizadə
