Məzmuna keç

Yasamal Hospitala cərimə yazıldı

Dövlət Gömrük Komitəsi "Yasamal Hospital" MMC-yə cərimə yazıb.

E-huquq.az-ın məlumatına görə, hospital barədə İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

İş hakim Vüsal Tağıyevin sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Protokol təsdiq olunsa, "Yasamal Hospital" min beş yüz manat məbləğində cərimə ediləcək.

Şəbnəm Mehdizadə