Məzmuna keç

“Femida Könüllüləri” Təşkilatı AKTİ-nin üzvlüyünə qəbul edildi –

Azərbaycan Könüllü Təşkilatları İttifaqına (AKTİ) üzv təşkilatların nümayəndələrinin və AKTİ katibliyinin iştirakı ilə növbəti əlaqələndirmə görüşü baş tutub.

E-huquq.az xəbər verir ki, “Femida Könüllüləri” Təşkilatının sədr müavini Xatın Osmanlı təşkilatın fəaliyyəti haqqında ətraflı məlumat verib.

Yekunda idarə heyəti və üzv təşkilatlar tərəfindən keçirilən səsvermə əsasında “Femida Könüllüləri” Təşkilatı Azərbaycan Könüllü Təşkilatları İttifaqının yeni üzvü olaraq təsdiq edilib.