Məzmuna keç

Məhkəmə piyadanın ölümündə təqsirləndirilən şəxsə bəraət verdi

Bu gün Şəki Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Bahadur Hüseynlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bu barədə e-huquq.az-a təqsirləndirilən şəxsin vəkili Əli Hüseynov məlumat verib.

Onun sözlərinə görə, hakim Xaliq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, B.Hüseynliyə bəraət verilib.

Qeyd edək ki, hadisə ötən ilin noyabr ayında Mingəçevirdə baş verib. Belə ki, 2004-cü il təvəllüdlü Bahadur Hüseynov idarə etdiyi “Ford Transit” markalı avtomobillə yolu keçmək istəyən 1992-ci il təvəllüdlü Əflatun Məhərrəmovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Bahadur Hüseynliyə qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə