Məzmuna keç

Piyadanın ölümündə təqsirləndirilən sürücüyə bəraət verildi

Bakı Apellyasiya Məhkəməsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Elnur Əsədovun barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

Bu barədə e-huquq.az-a təqsirləndirilən şəxsin vəkili Əli Hüseynov məlumat verib.

Onun sözlərinə görə, hakim Ziya Şirinovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, E.Əsədova bəraət verilib və birinci instansiya məhkəməsinin hökmü ləğv olunub.

Qeyd edək ki, hadisə 2021-ci ildə Bakının Nərimanov rayonu, Atatürk prospektində baş verib. Belə ki, E.Əsədov idarə etdiyi avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən piyadanı vurub. Ağır xəsarət alan şəxs sürücünün köməyi ilə yaxınlıqdakı xəstəxanaya aparılıb. Lakin tibbi müdaxilələrə baxmayaraq, piyada bir neçə gün sonra xəstəxanada dünyasını dəyişib. Nərimanov Rayon Məhkəməsinin hökmü ilə E.Əsədov 2 il müddətinə sürücülük hüququndan məhrum etmə və 5 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Bundan narazı qalan müdafiə tərəfi apellyasiya şikayəti verib.

Şəbnəm Mehdizadə