Məzmuna keç

Bacısının qətlində ittiham olunan şəxsin məhkəməsi başlayır

Bərdədə bacısını qətlə yetirməkdə təqsirləndirilən Həsən Həsənovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Mikayıl Məmmədzadənin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası oktyabrın 17-nə təyin olunub.

Qeyd edək ki, 1986-cı il təvəllüdlü Həsən Həsənov aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə bacısı 1988-ci təvəllüdlü Vəfa Həsənovanı öldürməkdə, onun yetkinlik yaşına çatmayan qızı Ulduz Abbasovanı isə yaralamaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə