Məzmuna keç

Qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılır

Biləsvuarda qaynatasını öldürməyə cəhd etməkdə təqsirləndirilən Elşən Şəbiyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İşə hakim Cəlil Nəbiyevin sədrliyi ilə baxılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə Biləsuvar rayonu ərazisində baş verib. Belə ki, 1989-cu il təvəllüdlü Elşən Şəbiyev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qaynatası 1969-cu il təvəllüdlü Azad Almasova kəsici-deşici alətlə xəsarətlər yetirib. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə