Bakıda evlərdən oğurluq etməkdə təqsirləndirilən Vaqif Hümbətovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.
Hakim Vüsal Tağıyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası oktyabrın 19-na təyin olunub.
Qeyd edək ki, Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Vaqif Hümbətov Biləcəri qəsəbəsi ərazisində müxtəlif vaxtlarda evlərdən və bir avtomobildən ümumilikdə 15 900 manat, 1222 lirə, 12 000 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlamaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ittiham irəli sürülüb. İş üzrə 12 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.
Şəbnəm Mehdizadə
