Məzmuna keç

Sertifikasiyadan keçməyən işçilər işlədən klinikaya cərimə yazıldı

“Görüş Klinikası” MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az-ın məlumatına görə, klinika barəsidə müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 215.4-cü (Qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılması) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

İşə hakim Elməddin Hüseynovun sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, klinika altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə