Məzmuna keç

İnam Kərimov: “Məhkəmə proseslərində çevikliyin artırılması zamanın tələbidir”

Ölkəmizdə bütün sahələrin, o cümlədən məhkəmə hakimiyyətinin inkişafı müasir Azərbaycanın memarı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.

E-huquq.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov “Müasir dövrdə ədalət mühakiməsi: Yeni çağırışlar, yeni imkanlar” mövzusunda elmi-praktiki konfransda çıxışında deyib.

O bildirib ki, Ümummilli Liderin rəhbərliyi ilə Azərbaycanda yeni məhkəmə sisteminin tədricən təkmilləşdirilməsi istiqamətində xeyli uğurlu işlər görülüb.

İnam Kərimov məhkəmə-hüquq sahəsində son dövrlər aparılan islahatlara da toxunaraq, formalaşdırılmış vahid məhkəmə təcrübəsinin bütün hüquq ictimaiyyətinə əlçatanlığının təmin edilməsi istiqamətində hazırda mühüm fəaliyyətin həyata keçirildiyini qeyd edib. Bildirilib ki, məhkəmə sistemi qarşısında duran yeni çağırışlara cavab vermək üçün ölkəmizdə məhkəmələrin müasir tələblərə uyğun qurulması, ədalət mühakiməsinin həyata keçirilməsində peşəkarlığın artırılması və innovativ texnologiyaların tətbiqi, məhkəmə proseslərində çevikliyin artırılması zamanın tələbidir.