Məzmuna keç

Dövlət Komitəsi barədə inzibati protokol tərtib olundu

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinə cərimə protokolu yazılıb.

E-huquq.az-ın məlumatına görə, qurum barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokola Yasamal Rayon Məhkəməsində hakim Rəşad Cavadovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, İXM-nin 347-ci maddəsinə əsasən, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

Şəbnəm Mehdizadə