Məzmuna keç

Bakıda qardaşını bıçaqlamaqda təqsirləndirilən şəxs hakim qarşısına çıxarılır

Bakıda qardaşını bıçaqlamaqda təqsirləndirilən Əliabbas Pirquliyevin cinayət işi üzrə ibtidai istintaq başa açtıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Siyavuş Hacıyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə Qaradağ rayonu, Korgöz qəsəbəsində baş verib. 1980-ci il təvəllüdlü İbrahim Pirquliyev bacısı Sevinc Pirquliyev və qardaşı 1995-ci il təvəllüdlü Əliabbas Pirquliyevlə mübahisə edərək dalaşıb. Ə.Pirquliyev mübahisə zamanı qardaşını bıçaqlayıb. Ona qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə