"Gelecek Organik Gida Sanayi Ticaret Limited Şirketi"nin Azərbaycan Respublikasındakı Filialına cərimə protokolu yazılıb.
E-huquq.az-ın məlumatına görə, şirkət barədə İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü (Qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.
İşə Nəsimi Rayon Məhkəməsində hakim Elməddin Hüseynovun sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunarsa, şirkət dörd min manatdan altı min manatadək məbləğdə cərimə oluna bilər.
Şəbnəm Mehdizadə
