Azərbaycan Respublikasının Ali Məhkəməsi Konstitusiya Məhkəməsinə müraciət edib.
E-huquq.az xəbər verir ki, müraciətdə Miqrasiya Məcəlləsinin 11.2-ci maddəsinin üçüncü abzasının və Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin III hissəsi, 147 və 149-cu maddələri ilə əlaqəli şəkildə şərh edilməsi xahiş olunub.
Konstitusiya Məhkəməsinin Palatasının iclasında Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Ali Məhkəmənin müraciətinə baxılıb və Plenumun icraatına qəbul olunması haqqında qərardad çıxarılıb.
Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun oktyabrın 19-na təyin edilmiş iclasında baxılacaq.
Qeyd edək ki, Miqrasiya Məcəlləsinin 11-ci maddəsi yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi qaydasını müəyyən edir.
