Məzmuna keç

Ötən ay Yasamal Rayon Məhkəməsinə daxil olan işlərin sayı açıqlandı

Ötən ay Yasamal Rayon Məhkəməsinə 40 cinayət işi daxil olub.

E-huquq.az xəbər verir ki, bu barədə məhkəmənin aylıq icmalında bildirilib. Məlumata görə, həmin işlərdən 5-i xüsusi ittiham qaydasında verilib.

Bundan başqa, məhkəmə 509 mülki iş daxil olub ki, onlardan 200 iş sadələşdirilmiş icraat qaydasında, 26-sı xüsusi icraat qaydasında və 283 iş iddia icraatı qaydasında verilib.

Yasamal Rayon Məhkəməsinə, həmçinin 551 inzibati xətalar haqqında iş daxil olub. Eyni zamanda, 91 prosessual məcburiyyət tədbirinin tətbiqi barədə və 115 əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi barədə təqdimat daxil olub.

Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və qərarlarından məhkəməyə verilmiş şikayətlər kateqoriyası üzrə ay ərzində 6 iş daxil olub. 7 iş hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası kateqoriyası üzrə olub. Məhkəmə qətnamələrinin (qərarlarının) icrası üzrə 61 yeni iş daxil olub , müvəqqəti təminat tədbirləri (MTT) üzrə 54 iş olub.

Ümumilikdə sentyabr ayı ərzində məhkəmənin icraatına 1435 yeni iş daxil olub.