Məzmuna keç

Bərdədə 2 nəfərin öldüyü ağır yol qəzası ilə bağlı məhkəmə başlayır

Bərdədə 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Feruz Əzizovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Faiq Mahmudovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə Bərdənin Həsənqaya kəndi ərazisində baş verib. Rayon sakini, 2000-ci il təvəllüdlü Əzizov Feruz Raqub oğlunun idarə etdiyi "VAZ-21099" markalı avtomobil 1993-cü il təvəllüdlü Əziz Sultanlının idarə etdiyi "VAZ-21011" markalı avtomobillə toqquşub. Hadisə nəticəsində sərnişinlər Murad Xankişiyev və Mirəli Ağayev ölüb, sürücülər Feruz Əzizov və Əziz Sultanlı isə xəsarət alıblar. Qəzanı törətməkdə şübhəli bilinən F.Əzizova qarşı Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə