Məzmuna keç

72 yaşlı kişini bıçaqlamaqda təqsirləndirilən şəxs hakim qarşısına çıxarılır

Bərdədə 72 yaşlı kişini bıçaqlamaqda təqsirləndirilən Həsən Qocayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az xəbər verir ki, toplanan cinayət işi materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Elmin Rüstəmovun sədrliyi araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Alaçadırlı kənd sakini, 2005-ci il təvəllüdlü Həsən Qocayev şəxsi münasibətlər zəminində1951-ci il təvəllüdlü Cəmil Abbasovu bıçaqlayıb. Ona qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə