Məzmuna keç

Bakıda kişini pula görə öldürərək quyuya atmaqda ittiham olunan qohumların məhkəməsi başlayır

Bakıda adam öldümrəkdə təqsirləndirilən Mustafa Zeynalov və Namiq Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, 1955-ci il təvəllüdlü Mustafa Zeynalov və onun qohumu 1984-cü il təvəllüdlü Namiq Əliyev Sabuçu rayonunun Nardaran qəsəbəsi ərazisində aralarındakı pul mübahisəsi zəminində 1954-cü il təvəllüdlü Kamran Bəkirovu küt alətlə xəsarət yetirməklə qəsdən öldürməkdə təqsirləndirilirlər. Onların K.Bəkirovun meyitini gizlətmək məqsədilə rayonun "Ləhiş bağları" ərazisindəki su quyusuna atdıqları bildirilir. Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə