“Spark” MMC məhkəməyə verilib.
E-huquq.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC şirkətə qarşı iddia qaldırıb. İşin mahiyyəti açıqlanmayıb.
İddia Bakı Kommersiya Məhkəməsində hakim Ülkər Həsənovanın sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Şəbnəm Mehdizadə
