Ağdamda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda təqsirləndirilən Anar Babayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Elmin Rüstəmovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon sakini Anar Babayevin yaşadığı ünvana baxış keçirilib. Baxış zamanı ümumulikdə 160 ədəd çətənə bitkisi və 450 qramdan artıq qurudulmuş marixuana aşkar edilərək götürülüb. Ona qarşı Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
