Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində ilk dəfə daimi dövlət qulluğuna qəbul edilmiş işçilərin andiçmə mərasimi keçirilib.
E-huquq.az xəbər verir ki, tədbirdə Qaradağ Rayon Məhkəməsinin sədri Azər Paşayev və məhkəmənin kollektivi iştirak edib.
A.Paşayev çıxış edərək ilk dəfə daimi dövlət qulluğuna qəbul edilmiş Kazımov Rəsul Bayram oğlunu təbrik edib, ona işlərinə məsuliyyətlə yanaşmağı, məhkəmə hakimiyyətinin nüfuzunu qorumağı tövsiyyə edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Şəbnəm Mehdizadə
