Bakıda avtomobildən oğurluq etməkdə təqsirləndirilən Elşad Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.
İş hakim Nigar Qədirlinin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elşad Məmmədov Bakının Nizami rayonu, Ş.Mirzəyev küçəsində yerləşən avtoyuma məntəqəsində olan "Chevrolet" markalı avtomobildən 5000 manat dəyərində qol saatı oğurlamaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
