Abşeronda kürəkənini bıçaqlamaqda təqsirləndirilən Səttar Süleymanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Hafiz Əliyevin sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclası oktyabrın 18-nə təyin olunub.
Qeyd edək ki, 1964-cü il təvəllüdlü Süleymanov Səttar Gülbala oğlu şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı yaşadığı evdə kürəkəni Məmmədov Nurəhməd Nurǝli oğluna bıçaqla vuraraq ona bədən xəsarəti yetirməkdə təqsirləndirilir. S.Süleymanova qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
