- 12 Dekabr 21:34
"City Finance" Bank Olmayan Kredit Təşkilatına cərimə yazılıb.
E-huquq.az-ın məlumatına görə, BOKT barədə müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 528.1-ci (İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi) maddəsi il inzibati protokol tərtib olunub və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.
İş hakim Abbas Rzayevin sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Protokol təsdiq olunsa, "City Finance" üç min manatdan beş min manatadək məbləğdə cərimə edilə bilər.
Şəbnəm Mehdizadə