Məzmuna keç

“Azərsu” barəsində protokol tərtib olunub

"Azərsu" ASC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, qurum barəsində İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci (geoloji, axtarış, meliorasiya işlərinin aparılmasına, rabitə və elektrik xətlərinin, digər kommunikasiyaların çəkilməsinə, avtomobil yollarının torpaq sahələrində müvafiq işlərin həyata keçirilməsi üçün verilən razılığın şərtlərinə əməl edilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilib.

İşə hakim Vüsal Cəbrayılovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, İXM-nin həmin maddəsinə əsasən, fiziki şəxslər səksən manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.

Şəbnəm Mehdizadə