Tərtərdə ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Kamran Süleymanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanan materiallar baxılması üçün Tərtər Rayon Məhkəməsinə göndərilib.
Hakim Tahir Qubadovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə Bəyimsarov kəndi ərazisində qeydə alınıb. 2000-ci il təvəllüdlü Süleymanov Kamran Səbiri oğlu idarə etdiyi “VAZ-21723” markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq kənarındakı betona çırpılıb. Nəticədə maşında sərnişin qismində olan oğlu, 2023-cü il təvəllüdlü Cavidan Süleymanov ölüb. Sürücünün anası, 1976-cı il təvəllüdlü Xoşqədəm Süleymanova bud çanaq oynaq nahiyəsinin əzilməsi xəsarəti alıb. K.Süleymanova qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
