Məzmuna keç

“Orthodent Dental Clinic” səkkiz min manatadək cərimə edilə bilər

"Orthodent Dental Clinic" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az-ın məlumatına görə, klinika barədə müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsnin 215.1-ci (Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

İşə hakim Hafiz Kamranovun sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunsa, "Orthodent Dental Clinic" altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə