Bakıda aptekə silahlı basqın etməkdə təqsirləndirilən Tuncay Quluzadə və Alı Cavadlının cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Səbinə Məmmədzadənin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, Bakı şəhər sakinləri Tuncay Quluzadə və Alı Cavadlı paytaxtın Nizami rayonu ərazisində yerləşən apteklərin birinə tibbi maska ilə daxil olaraq satıcını bıçaqla hədələyib kassadan 300 manat pulu quldurluq yolu ilə ələ keçirməkdə təqsirləndirilirlər. Onlara qarşı Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
