“Starlab Klinikası” MMC-yə cərimə yazılıb.
E-huquq.az xəbər verir ki, klinika barəsində İnzibati Xətalar Məcəlləsinin 389-cu (Statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.
Protokol Nəsimi Rayon Məhkəməsində hakim Elməddin Hüseynovun sədrliyi ilə araşdırılacaq.
Protokol təsdiq olunarsa, klinika beş yüz manatadək məbləğdə cərimə edilə bilər.
Şəbnəm Mehdizadə
