Məzmuna keç

“Mətanət-A” şirkəti cərimələnə bilər

"Mətanət-A" şirkətinə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

İşə hakim Vüsal Qurbanovun sədrliyi ilə baxılacaq.

Məhkəmənin hazırlıq iclası oktyabrın 24-də keçiriləcək.

Protokol təsdiq olunarsa, "Mətanət-A" min beş yüz manat məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə