Məzmuna keç

Naxçıvanda oğurluqda təqsirləndirilən dəstənin məhkəməsi başlayır

Naxçıvanda istilik radiatorlarını oğurlamaqda təqsirləndiilən dəstə üzvlərinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmışmateriallar baxılması üçün Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinə göndərilib.

Hakim Gülnar Səfərəliyevanın sədrliyi ilə keçiriləcək məhkəmənin hazılrıq iclasının vaxtı hələlik məlumd eyil.

Qeyd edək ki, İsa Bəndəliyev, Arzu Abdullayev, Ata Rzayev və Möhsün Nağıyev əvvəlcədən əlbir olmuş bir qrup şəxs halında ümumilikdə 26 ədəd istilik radiatorlarını oğurlamaqda təsirləndirilirlər. Onlara qarşı Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə