Bakıda marketdə müştərini döyərək xəsarət yetirməkdə təqsirləndirilən İmanverdi Axundovun cinayət işi üzrə ibtiai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.
İş hakim Babək Pənahovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə Nəsimi rayonu, M.Cəfərov küçəsində yerləşən "Oba" marketdə qeydə alınıb.Belə ki, İmanverdi Axundov marketdə olan müştərilərdən biri 26 yaşlı Radim İmranzadəni döyüb. Ona qarşı Cinayət Məcələsinin 127.2.3-cü maddəsi ilə ittiham irəkli sürülüb.
Şəbnəm Mehdizadə
