Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəməyə yeni təyin edilmiş hakimlərin kollektivə təqdim olunması ilə bağlı tədbir keçirilib.
E-huquq.az xəbər verir ki, məhkəmənin sədri İsmayıl Xəlilov tədbiri açaraq 15 oktyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikasının Dövlət Bayrağının ucaldılması və Azərbaycan Respublikasının ərazi bütövlüyünün tam təmin olunması münasibətilə məhkəmə kollektivini təbrik edib.
Daha sonra İ.Xəlilov Azərbaycan Respublikası Prezidentinin 11 oktyabr 2023-cü il tarixli “Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinə təyin edilmiş hakimlər məhkəmə kollektivinə təqdim edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Eyni zamanda Bakı Ağır Cinayətlər Məhkəməsində uzun müddət çalışmış əməkdaşı Məmmədova Esmira Qərib qızını qeyd olunan sərəncamla Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilməsi münasibətilə təbrik edib, ona hakim kimi fəaliyyətində uğurlar arzulayıb.
Tədbirdə məhkəmənin gələcək fəaliyyəti, bu sahədə görüləcək işlərlə bağlı geniş müzakirələr keçirililib.


