- 8 May 21:45
Şirvan Kommersiya Məhkəməsinin əməkdaşı hakim təyin edilib.
E-huquq.az xəbər verir ki, “Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 oktyabr 2023-cü il tarixli Sərəncamına əsasən, Şirvan Kommersiya Məhkəməsində böyük məsləhətçi vəzifəsində işləyən dövlət qulluqçusu Mirhəsənli Mirnəsir Mirfazil oğlu Abşeron Rayon Məhkəməsinə hakim təyin edilib.
Bununla əlaqədar olaraq, məhkəmədə hakimlər və məhkəmə aparatı işçilərinin iştirakı ilə tədbir keçirilib.
Məhkəmənin sədri Namidar Misirzadə hakim təyin olunmuş Mirhəsənli Mirnəsir Mirfazil oğlunu məhkəmənin kollektivi və öz adından səmimi qəlbdən təbrik edib və onun uzunmüddətli təlim-tədris proseslərində əldə etdiyi yüksək bilik və bacarıqların məhkəmə bacarıqların məhkəmə hakimiyyətinin nüfuzununn möhkəmləndirilməsinə və cəmiyyətimizdə ədalət mühakiməsinə olan etimadın daha da artırılmasına töhfə verəcəyinə şübhə etmədiyini bildirib. Sədr, həmçinin məhkəmədəki fəaliyyəti dövründə Mirhəsənli Mirnəsirin öhdəsinə düşən tapşırıqları layiqincə yerinə yetirdiyini, yüksək peşəkarlıq göstərdiyini və mənəvi keyfiyyətləri ilə seçildiyini vurğulamışdır. Sonda məhkəmənin sədri ona gələcək fəaliyyətində uğurlar arzu edib.
Eyni zamanda məhkəmənin hakimləri Elşən Abdullayev və Zaur Abbasov da Mirhəsənli Mirnəsiri təbrik edərək, ona hakim kimi gələcək fəaliyyətində uğurlar arzu ediblər.