Məzmuna keç

“Bakı Tikinti Konstruksiyaları” cərimələnə bilər

“Bakı Tikinti Konstruksiyaları” QSC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, QSC barəsində İnzibati Xətalar Məcəlləsinin 389-cu (Statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsi) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

İş hakim Xalidə Əlisoyun sədrliyi ilə araşdırılacaq.

Protokol təsdiq olunarsa, “Bakı Tikinti Konstruksiyaları” beş yüz manatadək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə