“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə cərimə protokolu yazılıb.
E-huquq.az xəbər verir ki, QSC barəsində İnzibati Xətalar Məcəlləsinin 483-cü (Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması) maddəsi ilə inzibati protokol tərtib olunub.
İşə Xəzər Rayon Məhkəməsində hakim İlham Cəfərzadənin sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunarsa, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilə bilər.
Şəbnəm Mehdizadə
