Məzmuna keç

Piyadanın xəsarət aldığı yol qəzası ilə bağlı məhkəmə başlayır

Hacıqabulda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Qubad Qarayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanan materiallar baxılması üçün Hacıqabul Rayon Məhkəməsinə göndərilib.

Hakim Zaur Hüseynovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə rayonun Neyniman kəndində qeydə alınıb. "Mercedes” markalı avtomobil yolu keçən Meyniman kənd sakini, 1951-ci il təvəllüdlü Həsənov Günəş Ağasəlim oğlunu vurub. Piyada müxtəlif bədən xəsarətləri ilə Şirvan xəstəxanasına yerləşdirilib.

Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.1-1 maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə