Məzmuna keç

Bakıda 78 yaşlı kişinin öldüyü yol qəzası ilə bağlı məhkəmə başlayır

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Hafiz Mürşüdovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

İş hakim Abbas Rzayevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə paytaxtın Binəqədi rayonu, Azadlıq prospekti 189 ünvanında qeydə alınıb. Belə ki, 1977-ci il təvəllüdlü Mürşüdov Hafiz Kamandar oğlu idarə etdiyi "Fiat Doblo" markalı avtomobillə yolu keçmək istəyən 1945-ci il təvəllüdlü Ağayev Vaqif Rəhim oğlunu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən elə həmin gün Kliniki Tibbi Mərkəzdə vəfat edib. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə